Gey şux, nədir bu göftügulər?! Yaxud, homofobiya niyə normaldır

Gey şux, nədir bu göftügulər?! Yaxud, homofobiya niyə normaldır
  17 May 2017    Oxunub:43890
Vüsal Məmmədov

Cinsi azlıqların hüquqlarının “pozulması” söhbətinə buradan başlamaq lazımdır: Biz, ümimiyyətlə, kiminsə cinsi azlıqdan olduğunu niyə bilməliyik ki? Getsin, öz cinsi həyatını sakitcə istədiyi kimi yaşasın, kimin onunla işi olacaq?! Problem onda başlayır ki, ibnələr öz seksual oriyentasiyalarını cəmiyyətin gözünə soxur, ictimai mövzuya çevirir, siyasiləşdirir, təşkilatlanır və əlavə hüquqlar tələb edirlər.
İş, gör hara çatıb ki, Vladimir Putinlə Soçidəki görüşü zamanı Angela Merkel Çeçenistanda “mavi”lərin sıxışdırılmasından danışdı. Çeçenstanda e, şair! Cəmiyyəti kişilik anlayışı və kişi şərəfi qanunları ilə idarə olunan patriarxal bir yerdə! Putin yox, kim olur-olsun, çeçen cəmiyyətini ibnələrə hörmətlə yanaşmağa necə məcbur etmək olar? Heç cür, amma məsələ hətta bunda da deyil; məsələ ondadır ki, hansısa çeçen ibnənin hüquqları pozulursa, bu, gündəmdə son dərəcə vacib məsələlər ola-ola, Merkel-Putin zirvəsi kimi önəmli görüşün səviyyəsinə niyə qalxmalıdır?

Bu isə həmin sualın davamı: Niyə Azərbaycanda “gey”lərin hüquqları məsələsini ən çox Qərbin əlinin altında fırlanıb, həmin əlin səpdiyi dən ilə bəslənən radikal gənclər müdafiə edirlər?

Məqsəd aydındır: dünya ictimayyətinin beyni elə zorlanır ki, bir neçə ildən sonra “geylərin hüququ pozulan ölkə” damğası “insanların diri-diri tonqalda yandırıldığı ölkə” qədər dəhşətli səslənəcək; Tubu və tuareq tayfaları eşidəndə ki, Azərbaycanda geylərin “hüququ pozulur”, dərhal bizim antidemokratik və mürtəce dövlət olduğumuzu düşünəcəklər. Amma ən maraqlısı da elə burada başlayır: Pozulan hansı hüquqlardır? Yəni bu ibnələr nə istəyirlər ki, qəddar naturallar ona imkan vermir?

Əsas tələblər bunlardır: Öz cinsindən olan şəxslə evlənmək hüququ, övladlığa uşaq götürmək hüququ, bəzi dövlətlərdə əsgər getmək hüququ... Bunlar yoxdursa, demək, sənin dövlətində ibnələrin hüquqları pozulur! Sonuncusu məni xüsusilə özümdən çıxarır. Sizə dəqiq deyirəm: Bir neçə ildən sonra beynəlxalq təşkilatlar Azərbaycan ordusunda geylərin vəziyyətilə bağlı hesabatlar hazırlamağa başlayacaqlar. Ölkəmiz eninə-uzununa tənqid olunacaq ki, Azərbaycan Ordusunda rəsmən gey olaraq xidmət etməyə icazə verilmir. Sizi bilmirəm, amma şəxsən məni əlində silah tutan gey tərəfindən müdafiə olunmaq perspektivi qətiyyən qane eləmir.

Fikir verirsinizmi, bu cür məsələlərdə cəmiyyəti bizdən qat-qat liberal olan Rusiyada LGBT-nin bütün növ fəaliyyətlərinin qarşısı sərt şəkildə alınır: gey-paradlar amansızlıqla dağıdılır, gey-klublara polis basqın edir, flaşmoblara, gey aksiyalarına imkan verilmir... Bu, düşünülmüş siyasətdir: Rusiyanı idarə edənlər mavi gedonizmin yayılmasının dövlətin gələcəyi üçün nə qədər təhlükəli olduğunu gözəl anlayırlar. Təhlükə nədədir?

Hər şeydən əvvəl, ənənəvi ailə modeli dağılır. Ailə - dövlətin əsasıdır, dövlət bir orqanizmdirsə, ailə onun hüceyrəsidir. Ailə modeli məhv edilmiş dövlət sağlam ola bilməz. Geylərin öz həyat tərzlərini açıq şəkildə təbliğ etdikləri dövlətdə anormal ailələrin sayı sürətlə artır və artacaq.

Eyncinsli nigahlar təbiətə də, təkamülə də ziddir. Təkamül nöqteyi-nəzərindən insanın varlığının məqsədi nəslini davam etdirmək, genlərini sonrakı nəslə ötürməkdir. Təkamülün gedişində ailə - insan nəslinin davamlığını daha güvənli şəkildə təmin etməli olan bir struktur kimi formalaşıb. Elə məhz bu səbəbdən homoseksualizm insan təbiətinə ziddir. Təkamül prosesi insanı öz nəslini davam etdirmək funksiyasını optimallaşdırmaq yolu ilə aparıb. Amma qəfildən Təkamülün qabağını Samiraldo kəsir və ağzını yaya-yaya deyir ki, “Açıldııı...”

Təkamül prosesində “dalan” anlayışı var. Bir çox növlər öz inkişaflarında məhz həmin istiqamətə döndükləri üçün çıxdaş olunublar. Homoseksualizm – insan nəsli üçün Təkamülün dalana aparan vektorudur. Onun yayılması və qanuniləşməsi bu baxımdan da təhlükəlidir.

Digər tərəfdən, insan orqanizminin iyrənmək kimi bir genetik müdafiə funksiyası var. Əgər hansısa canlı ilə (insan, və ya insana genetik yaxın olan heyvan, məsələn meymun kimi) cütləşmək insan genotipini zədələyə, qorxulu mutasiyalar yarada, dünyaya arzuolunmaz nəsil gətirə bilərsə, iyrənmək hissi bizi (genlərimizi) bundan qoruyan mexanizm kimi çıxış edir. Homoseksuallar insanlığın nəsilvermə qabiliyyəti üçün təhdiddir, buna görə də təbii olaraq, orqanizmin bioloji mexanizmləri onlardan qorunmaq istəyir. Cəmiyyətdə olan homofobiyanın səbəbi budur. Yəni əslində homofobiya tamamilə təbii hissdir. Cəmiyyətdən zorla homoseksuallara qarşı xoş münasibət tələb etmək isə sünidir və insan təbiəti üzərində zorakılıqdır.

Cinsi azlıqları müdafiə edənlər bunu romantik göstərməyə çalışır, müxtəlif fəlsəfi sofizmlərdən istifadə edirlər. Məsələn: “Ailə - sevginin olduğu yerdir” şüarı ilə demək istəyirlər ki, bir-birini sevməyən qadın və kişidənsə, bir-birini “sevən” iki ibnənin “ailəsi” daha yaxşıdır. Bu cür axmaq fikirlər sofistikanın mahiyyətini və tarixini bilməyən gənclərin şüuruna təsir edir, onları homoseksuallara isti yanaşmağa yönəldir. Qəribədir: sosial şəbəkədə homofob bir statusdan sonra xeyli azərbaycanlı gənc mənə təhqir və aqressiya ilə cavab verdi. Bu, ciddi siqnaldır: nədir cinsi azlıqları gənclərimizə bu qədər sevdirən? Niyə onlar qeyri-təbii və anormal, hətta iyrənc bir həyat tərzinə bu qədər sevgi ilə yanaşırlar?

Kişi kultu bizim cəmiyyət üçün çox vacibdir. Biz patriarxal, kişilik anlayışına sakral münasibəti olan bir toplumuq. Kişilik anlayışı – bizim cəmiyyəti öz çiynində saxlayan Atlant rolunu oynayır. Əgər kişilik kultunu məhv etsək, daha liberal cəmiyyət olacağımızı düşünmək ciddi səhvdir; o halda biz, ümumiyyətlə, xalq kimi olmaya da bilərik!

Ona görə də, əgər homofobiya - əsl kişiliyi müdafiə etməyə verilən addırsa, onda bəli, mən qatı homofobam və əminəm ki, hər şey olduğun kimi öz rəngi ilə göstərilsə, cəmiyyətdə hamı homofob olacaq.

Əslində cinsi azlıqların murdar bir həyatı var. Fakt budur ki, QİÇS kimi dəhşətli xəstəliyi dünyaya məhz onlar “bəxş ediblər”. Əksər ağır xəstəliklərin yayılmasında homoseksuallar risk qrupuna düşür. Amma buna baxmayaraq, onların həyatı, münasibətləri bizə qlamur kimi təqdim edirlər. Filmlərdə, seriallarda onlar xeyirxah insan, yaxşı dost kimi təqdim olunurlar. Siz mənə heç bir əsərdə mənfi homoseksualist obrazı göstərə bilməzsiniz. Normal kişilərin yaşam tərzi isə geriçilik, kobudluq, qabalıq kimi təsvir edilir.

Bu trend dəyişməsə, gələcək üçün yaxşı heç nə vəd etmir. Artıq başa düşmək lazımdır: homoseksualizm – hansısa mifik “xəstəlik” deyil, həyat tərzidir. Müasir tibb istənilən şəxsə kişi cinsi həyatı yaşamaq üçün imkan yaratmaq gücündədir. Hətta bədənində bircə kişi hormonu olmayan adam da uyğun müalicə kursu keçib, kişi seksual konstitusiyasına sahiblənə bilər. Əgər qadınlar belə, cinslərini dəyişib kişi ola bilirlərsə, demək, bu, ancaq və ancaq fərdin seçim məsələsidir. Müasir dünyada homoseksualizm – şüurlu və könüllü seçimdir. İntim həzz almaq üçün qeyri-təbii yolları seçənlərə isə xüsusi imtiyazlar yaratmaq anormaldır. Bunu indi deməsək, sonra çox gec və çox pis olacaq.



Teqlər: #Homofobiya   #LGBT   #17-May   #Adam-kişi-olar  





Xəbər lenti