Neftin və qızılın qiyməti 20% bahalaşdı

Neftin və qızılın qiyməti 20% bahalaşdı
  31 Avqust 2013    Oxunub:1506
Dünya bazarında xam neftin qiymətində bahalaşma müşahidə olunur.
Neftin bir barelinin qiyməti artıq 115 dollar çatıb. Ekspertlər qiymətlərdə bu dəyişikliyin qərb ölkələrinin Suriyaya hazırladıqları hücumla əlaqədar olduğunu bildirirlər. Ümumiyyətlə dünyada neft istehsalının 45%-i məhz Yaxın Şərqin payına düşür.

Sərmayəçilər Yaxın Şərqin digər ölkələrində də qeyri-sabitliyin başlayacağından narahatdırlar. Son 3 ayda Suriya və Misirdə gedən toqquşmalar neftin qiymətinin 20% yüksəlməsinə səbəb olub.

Suriyada hadisələr inkişaf edərsə, mütəxəssislər neftin qiymətindəki dəyişikliyin davam edəcəyini və 150 dollara qədər yüksələcəyini proqnozlaşdırır. Qeyd edək ki, Suriyadaki böhran dünya bazarında qızılın qiymətinin də 6.7 % bahalaşmasına səbəb olub.


Teqlər:  





Xəbər lenti