Prezident baş nazirə: “Bir el içinə çıx”

Prezident baş nazirə: “Bir el içinə çıx”
  27 Avqust 2013    Oxunub:1198
Gürcüstan prezidenti Bidzina İvanişvilini vətəndaşların problemindən xəbərsiz olmaqda ittiham edir.
“Bir el içinə çıx, aləmdən xəbərin yoxdur!”-deyə Gürcüstan prezidenti Mixeil Saakaşvili baş nazir Bidzina İvanişvilini sadə vətəndaşların problemi ilə yetərincə maraqlanmamaqda günahlandırıb.

Mixeil Saakaşvili Bidzina İvanişviliyə özünü nümunə göstərərək, tez-tez cangüdənlərsiz camaat içərisinə çıxaraq vətəndaşlarla söhbət etməyi, onların “dərdini dinləməyi” məsləhət görüb.

“Mən şəhərlərimin küçələri ilə sərbəst gəzirəm və baş naziri də buna dəvət edirəm. Artıq sözə ehtiyac yoxdur. Görürəm ki, o tamamilə məlumatsızdır, cəmiyyət içində baş verənlərdən xəbəri yoxdur. Qoy gəlsin mənimlə birgə, ya cangüdənlə, ya da cangüdənsiz xalq içinə çıxsın. İnsanlarla mənim kimi söhbət etsin”-deyə prezident bildirib.

Səbinə Həsənova


Teqlər:  





Xəbər lenti