İlqar Məmmədov etibarnamə imzaladı

İlqar Məmmədov etibarnamə imzaladı
  23 Avqust 2013    Oxunub:1733
REAL hərəkatının sədri İlqar Məmmədov avqustun 23-ü Bakı İstintaq Təcridxanasında prezidentliyə namizədliyi üçün Mərkəzi Seçki Komissiyasına təqdim olunacaq etibarnaməni imzalayıb.
İlqar Məmmədovun Mərkəzi Seçki Komissiyasında səlahiyyətli nümayəndəsi REAL-ın İdarə Heyətinin üzvü, vəkil Xalid Bağırovdur. Etibarnamə onun adına verilib.

REAL-ın İdarə Heyətinin üzvü Azər Qasımlı “Media forum”a deyib ki, dövlət notariat kontorunun əməkdaşı avqustun 23-də etibarnaməni imzalatmaq üçün Bakı İstintaq Təcridxanasına gedib.

Xatırladaq ki, İlqar Məmmədov bu il fevralın 4-də həbs olunub. O, İsmayıllıda kütləvi iğtişaşların təşkilində günahlandırılır. REAL hərəkatı onu prezidentliyə namizəd irəli sürüb və avqustun 20-də sənədlər MSK-ya təqdim olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti