Uşaq əkiz qardaşını belə xilas etdi - Video

Uşaq əkiz qardaşını belə xilas etdi - Video
  04 Yanvar 2017    Oxunub:5525
ABŞ-ın Yuta ştatında evlərdən birində quraşdırılmış kamera ikiyaşlı uşağın əkiz qardaşını xilas etməsini lentə alıb.
AzVision.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, video uşaqların valideynləri tərəfindən sosial şəbəkəyə yüklənilib.

Uşaqlar küncdəki dolabın yanında oynadığı zaman onu təsadüfən çevirirlər. Dolab körpələrdən birinin üstünə düşür. Valideynləri otaqda olmadığından uşağa kömək edən olmayıb. Xoşbəxtlikdən, onun əkizi özünü itirməyərək kamodu irəli itəliyərək qardaşını xilas edir. Video internetdə qısa müddətdə çoxlu sayda baxış qazanıb.



İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:  





Xəbər lenti