Türk Şurasına İlham Əliyev sədrlik edəcək

Türk Şurasına İlham Əliyev sədrlik edəcək
  16 Avqust 2013    Oxunub:1298
Bu gün Qəbələ şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TÜRKKON) sammiti keçirilib.

AzVision.az APA-ya istinadən bildirir ki, tədbirdə Azərbaycan prezidenti İlham Əliyev, Türkiyə prezidenti Abdullah Gül, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan baş nazirinin müavini Safardurdu Toyliyev (müşahidəçi qismində) iştirak ediblər.

Tədbirə TÜRKKON Ağsaqqallar Şurasının Azərbaycan tərəfdən nümayəndəsi, millət vəkili Fəttah Heydərov, TÜRKPA baş katibi Ramil Həsənov, TÜRKSOY baş katibi Düsen Kaseinov da qatılıblar.

Sammitdə TÜRKKON-a sədrlik Qırğızıstandan Azərbaycana keçib. Qırğızıstan prezidenti sədrliyi Azərbaycan prezidenti İlham Əliyevə təhvil verib.

TÜRKKON baş katibi Xəlil Akıncı isə ötən dövrdə görülən işlər barədə hesabatla çıxış edib.

Sammitin yekununda Qəbələ Bəyannaməsi qəbul olunub.

AzVision.az


Teqlər:  





Xəbər lenti