Samur çayı üzərində avtomobil yolunun tikintisi razılaşdırıldı

Samur çayı üzərində avtomobil yolunun tikintisi razılaşdırıldı
  14 Avqust 2013    Oxunub:1702
Azərbaycan və Rusiya Samur çayı üzərində avtomobil körpüsünün tikintisi ilə bağlı razılığa gəlib.

AzVision.az “İnterfax”a istinadən xəbər verir ki, müvafiq hökumətlərarası saziş Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfəri çərçivəsində iki ölkənin nəqliyyat nazirləri Ziya Məmmədov və Maksim Sokolov tərəfindən imzalanıb.

Qeyd edək ki, Samur çayı üzərindəki körpü Azərbaycan və Rusiya arasında avtomobil yükdaşımalarını təmin edən nəqliyyat sisteminin əsas həlqəsidir. Tərəflər körpü keçidinin qeyri-məqbul vəziyyətini və məhdud buraxılış qabiliyyətini, eləcə də bu ərazidə yükdaşımaların həcminin getdikcə artmasını nəzərə alaraq Yaraq-Qazmalar (Rusiya) - Samur (Azərbaycan) buraxılış məntəqələri rayonunda yeni körpünün inşasının zəruriliyi haqqında yekun fikrə gəliblər. Mövcud körpünün təmiri və yeni körpünün inşası üçün razılıq əldə olunub.

AzVision.az


Teqlər:





Xəbər lenti