Bakıda `Avropa şəhərciyi` - FOTOSESSİYA

Bakıda `Avropa şəhərciyi` - FOTOSESSİYA
  01 Oktyabr 2016    Oxunub:13056
Bu gün Dənizkənarı Milli Parkda Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyi Avropa İttifaqına üzv ölkələrin Bakıdakı səfirlikləri əməkdaşlıq çərçivəsində və Dənizkənarı Milli Park idarəsinin tərəfdaşlığı ilə “Avropa şəhərciyi 2016” tədbirini təşkil edib.
2013-cü ildən bəri hər il keçirilən tədbir Aİ–nin Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda yerləşən səfirlikləri Avropa İttifaqı ilə Azərbayacan arasında əməkdaşlığın 25 illiyinə həsr olunub.

Festivalən keçirilməsində məqsəd Avropa İttifaqına üzv ölkələrə öz mədəniyyət və ənənlərini nümayiş etdirmək imkanı yaratmaqdır.

Tədbirdə 21 səfirlik öz stendlərində ölkələr, turizm imkanları, səfirliklərin Azərbayacandakı fəaliyyətləri barədə məlumat veriblər.

Bundan başqa, festival çərçivəsində bu ölkələrin stendlərində hədiyyə, təqdimatlarla yanaşı , uşaqlar və böyüklər üçün viktorinalar keçirilib, ispan, yunan, milli rəqslər təqdim olunub. Eyni zamanda onları seyr edən tamaşaçılara da rəqs və dil kurları keçirilib.

Ərazidə Avropa ölkələrinə virtual səfərə çıxmaq , karaoke oxumaq , “feys-art” etmək , Avropa mətbəxinin yeməklərindən dadmaq imkanı olub. Həmçinin Azərbaycan Şahmat Federasiyasının aparıcı qrossmeysterlər ilə tamaşaçılarımn maraqlı oyunları baş tutub.

Formula “1” Avropa qran-pri yarışənın stendində isə seyirçilər özlərini əsil pilot kimi hiss ediblər. Festivalən qonaqları , xüsusən uşaqlar sehirbazın şousunu xüsusi maraqla izləyiblər.

Daha sonra isə proqram “Səs” layihəsinin iştirakçılarının ifasə ilə davam edib. Dünyaca məşhur Dİ-Cey Devid vendetta və skripka ifaçısı maestro Misahin çəxışı ilə tədbir yekunlaşıb.













Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti