AzVision.az-ın Analitik Qrupu |
Yaşıl Gələcəyin nüvəsi | Lonqrid// Böhranlı vəziyyət cəsarətli düşüncə tələb edir |
B əşəriyyət tarixinin çətin dövrünə qədəm qoyur: Dünyada suya
tələbat heç vaxt indiki qədər yüksək olmayıb. Hazırda planetin əhalisi 100 il əvvəl
olduğundan 8 dəfə çox su işlədir. Düzdür, su – bərpaolunan ehtiyatdır, amma
onun bərpa olunması üçün vaxt lazımdır. Yer əhalisinin təxminən yarısının
yaşadığı ərazilərdə suya tələbat onun ehtiyatlarının bərpaolunma sürətini aşır.
Bu artıq böhran deməkdir. Əhalinin sürətlə artması, şəhərlərin inkişafı, su ehtiyatlarının qeyri-effektiv idarəçiliyi vəziyyəti daha da gərginləşdirir. İnsanların rifahının yüksəlməsi su sərfinin də artması deməkdir. Yaxşı yaşamağı qadağan etmək olmasa da, nəzərə almaq lazımdır ki, həyətlərdəki hovuzlar, ağaclar, qazonlar – bunların hamısı su deməkdir. Bir bokal pivənin istehsalına təxminən 300 stəkan su sərf olunur. Duş qəbul edərkən 1 dəqiqədə 20 litr su axır. Paltar yumaq 130-150 litr su aparır. Həyat səviyyəsi yüksəldikcə insanlar hər gün duş qəbul edir, paltarlarını dəyişirlər. Amma artan təkcə insanların həyat səviyyəsi deyil, həm də sayıdır. Böhran qapını kəsibBMT-nin proqnozlarına görə, 2050-ci ildə Yer kürəsinin əhalisinin sayı 9 milyardı keçəcək. Bu o deməkdir ki, suya təlabat 70%, qidaya təlabat 20% artacaq. Məsələ ondadır ki, qida da dolayısı ilə su deməkdir – məsələn, 1 kq. taxılın istehsalı üçün 15.000 litr su tələb olunur. Son 50 ildə dünyada əkilib-becərilən torpaqların sahəsi iki dəfə artıb və rəqəm böyüməkdə davam edir. Əgər bu gün planetin su ehtiyatları bərabər bölünərsə, hər insana ildə 750 m³ su düşər. 2050-ci ildə bu rəqəm 450 m³ olacaq. |
||
Son 30 il ərzində suya əlçatanlığın azalması |
Tədbir görülməzsə, böhran daha da dərinləşəcək:
2030-cu ildə təxminən 5 milyard insanın, yəni planetin əhalisinin 67%-nin təmiz
suya əli çatmayacaq. Ölkələrin 80%-i BMT-nin “su qıtlığı” hesab etdiyi şəraitdə
yaşayacaq. Onların arasında Azərbaycan da var.
Dünya Resursları İnstitutunun hesabatına görə, Azərbaycan elə indi də su ilə bağlı vəziyyətin ən ağır olduğu 13 ölkənin arasındadır. Niderlanddakı Utrext Universitetinin ABŞ alimlərilə birlikdə hazırladığı interaktiv su xəritəsində hansı ərazilərdə suya təlabatın onun ehtiyatlarının bərpa sürətindən yüksək olduğunu görmək mümkündür. |
|
Azərbaycan ərazisinin 15%-də çox yüksək quraqlıq riski var |
Azərbaycan peyklərinin vasitəsilə ölkədə su ehtiyatlarının vəziyyətini
monitorinq edir. Kosmosdan çəkilən şəkillər göstərir ki, ölkə ərazisinin
15%-də quraqlıq riski çox yüksək, 8%-də yüksək, 28%-də ortadır. Ərazimizin 6%-də
yüksək, 15%-də orta səhralaşma riski var.
|
|
2017-2023-cü llərdə Qafqaz dağlarında buzlaqların ərimə sürəti |
Biz bütün hallarda yaxın gələcəkdə su qıtlığı şəraitində
yaşamağı öyrənməliyik. Bunun üçün nə etmək olar? Variantlar elə də çox deyil. |
|
Ramiz Kəlbiyev: Dəniz suyunun duzsuzlaşdırılması böyük miqdarda enerji tələb edir |
Yer Kürəsinə “su planeti” deyirlər. Əslində bu mavi planetdə
su problemi yoxdur, problem suyun duzluluğundadır. Hazırda dünyanın 177 ölkəsində okean və dəniz suyunu
duzsuzlaşdıran 20 mindən çox zavod fəaliyyət göstərir. Onların bir gün ərzində
şirinləşdirdiyi suyun həcmi təxminən Niagara şəlaləsinin orta axın həcminə bərabərdir.
Bəzi ada ölkələr – məsələn, Baham, Maldiv, Malta - suya ehtiyaclarını tamamilə
bu yolla ödəyirlər. 34 milyon əhalisi olan Səudiyyə Ərəbistanı içməli suyun
50%-ni okeandan alır. Həmin ölkədə “Acwa Power” şirkətinin tikdiyi "Rabigh
3" stansiyası gündə 600.000 m3, yəni 6 milyon litr okean suyunu duzsuzlaşdırır.
Bu, dünyada ən böyük qurğudur. Okean suyunun 1 litrində 35 qram duz var, içməli suda isə bu göstərici 1 qramdan az olmalıdır. Xəzərin suyunun duzluluğu okeanınkı ilə müqayisədə bir neçə dəfə az olduğundan, onun şirinləşdirilməsi daha asan və ucuz başa gələcək. |
|
Dünyanın ən böyük su şirinləşdirmə zavodlarından biri olan "Rabigh 3" |
Hazırda dəniz suyunu duzsuzlaşdırmaq üçün 2 əsas üsuldan
istifadə olunur: distillə və membran (filtrasiya). Kimyəvi, dondurma, elektroliz kimi
üsullar da var, amma onlar sənaye miqyasında geniş tətbiq olunmurlar. Distillə
- yəni suyun buxarlandırlıb, sonra təzədən kondensasiya edilməsi ən qədim
metoddur, onu hələ Aristotel təsvir etmişdi. Bəzi zavodlar hibrid xarakterli
olmaqla, distillə və filtrasiya metodlarını eyni vaxtda tətbiq edirlər. Məsələn,
Səudiyyə Ərəbistanındakı “Ras əl-Hair” (sutkada 1 036 000 m³), Birləşmiş Ərəb
Əmirliklərindəki “Fuceyra 2” (591.000 m³) məhz hibrid stansiyalardır. Onlar eyni zamanda həm su, həm də elektrik
enerjisi (uyğun olaraq 2400 mVt və 2000 mVt) istehsal edirlər.
|
|
Aktauda fəaliyyət göstərmiş AES həm də Xəzərin suyunu şirinləşdirirdi |
Maraqlıdır ki, Xəzər sahilində belə bir təcrübə artıq olub:
1967-ci ildə, Sovet dövründə Qazaxıstanın Şevçenko (indiki Aktau) şəhərində həm
də dəniz suyunu duzsuzlaşdırmaq məqsədilə AES tikilmişdi. “БН-350” adlanan
stansiya gündə 120.000 kubmetr su və 150 mVt elektrik enerjisi istehsal edirdi.
Kompleks 35-40 il uğurla işləyərək, istismar müddətini tam şəkildə başa vurub.
Anoloji qurğular 80-ci illərdə İsraildə (Aşdod) və ABŞ-da (Cənubi Kaliforniya)
da fəaliyyət göstərib. |
|
İslam Mustafayev: "Su qurtaranda nəsə etmək artıq gec olacaq..." |
- MAQATE-nin direktoru Rafael Qrossi yazır ki, bərpaolunan
enerjidən istifadəyə keçən ölkələrin enerji sistemi qeyri-sabit vəziyyətə düşə
bilər. Çünki bu sahədə imkanlar məhduddur. Məsələn, hava şəraiti dəyişkən olur.
Belə vəziyyətdə istər-istəməz daha sabit, etibarlı enerji mənbəyinə - nüvə
enerjisinə ehtiyac yaranır. Rafael Qrossinin yazdığına görə, buxar qazlarının
iqlim dəyişmələrinə təsirinin azaldılmasına trilyonlarla dollar vəsait ayrılıb.
Bu məbləğin kiçik bir hissəsi atom enerjisinin təhlükəsizliyinin təminatına sərf
olunsa, etibarlı nüvə energetikası yaratmaq mümkündür. Bundan da həm enerji mənbəyi
kimi, həm də dəniz suyunun duzsuzlaşdırılması prosesində istifadə etmək olar.
Bu sabit enerjidir, ekologiyaya mənfi təsirləri azdır. Suyun duzsuzlaşdırlması
isə böyük enerji tutumlu sahədir, - İslam Mustafayev bildirib.
|
|
İspanlar Xukar çayını qorumaq üçün Valensiya körfəzinin suyunu şirinləşdirirlər |
Üstəlik, suyun uzaq məsafələrə nəqli, xüsusilə də üstüaçıq
kanallarla axıdılması itkilərlə müşayiət olunur. Amma suyu təkcə əldə etməklə
iş bitmir. Bakı kimi meqapolislərdə onun düzgün istifadəsi də son dərəcə
vacibdir. |
|
Gələcəyin konsepti: Süngər şəhər |
Tokioda su borularının uzunluğu 20 min kilometr, yəni ekvatorun
yarısı qədərdir. 13 milyon nəfərlik əhalini su ilə təmin edən bu borularda su
itkisi cəmi 3%-dir. Müqayisə üçün deyək ki, Londonda həmin itki 20%-ə çatır.
NəticəSu, qida və enerji bir-birilə əlaqəli resurslardır. Ona görə də, bəzi ölkələrdə
su və enerji məsələlərini eyni nazirlik idarə edir. Dünya Bankının “Thirsty
Energy” proqramı da su, enerji və ərzaq resurslarına birgə yanaşma nəzərdə
tutur. Dəniz suyunun şirinləşdirilməsinin labüdləşməsi bu cür yanaşmanı daha da
aktuallaşdırır. Çünki atom energetikası olmadan dənizdən istədiyimizi ala bilməyəcəyik.
Üstəlik, dəniz suyunda duzdan əlavə, bir sıra minerallar da mövcuddur ki, gələcəkdə
onlar sənaye üçün əlavə bonusa çevrilə bilər.Antuan Sent-Ekzüperi məşhur “Balaca Şahzadə” əsərində yazır: “Səhər oyananda əl-üzünü yu, əvvəlcə özünü, sonra isə planetini səhmana sal”. Balaca Şahzadənin bunu etməsi asan
idi, çünki onun planetində bir nəfər – ancaq özü yaşayırdı. Səkkiz milyard insanın
yaşadığı planetdə bunu etmək çətindir. Amma hər kəs özündən başlayıb evinə, şəhərinə,
ölkəsinə keçsə, günlərin birində planetin də işləri qaydaya düşəcək. |