ABŞ “S-300” lərə görə Türkiyəyə F-35-lər verməyəcək

  ABŞ “S-300” lərə görə Türkiyəyə F-35-lər verməyəcək
  01 Fevral 2024    Oxunub:855
Ankaranın Rusiyanın S-300 və S-400 hava hücumundan müdafiə sistemlərinə malik olması səbəbindən ABŞ Türkiyəni beşinci nəsil F-35 qırıcıları ilə təmin edə bilmir.
Bunu Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib. “Türkiyə üçün F-35 proqramı ilə bağlı mövqeyimizdə heç bir dəyişiklik yoxdur - bu, onların S-300 və S-400 raketlərindən istifadəsinə uyğun gəlmir”, - Kirbi bildirib.

Türkiyədə danışıqlar aparan ABŞ dövlət katibinin müavini vəzifəsini icra edən Viktoriya Nuland Rusiyadan alınan S-400 raketdən müdafiə sistemi ilə bağlı vəziyyətin həll olunacağı təqdirdə Türkiyəni yenidən F-35 proqramına qəbul etməkdən məmnun olacaqlarını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti