ABŞ-da neft ehtiyatları artıb
Məlumatdan aydın olur ki, ötən həftə ABŞ-da benzin ehtiyatları 1,16 milyon barel artaraq 254,13 milyon barel təşkil edib. Kommersiya distillat ehtiyatları isə 2,54 milyon barel azalaraq 130,79 milyon barelə düşüb.
Mütəxəssislər neft ehtiyatlarının 1,1 milyon barrel, benzin ehtiyatlarının 2 milyon barel artacağını və distillə ehtiyatlarının 1 milyon barrel azalacağını gözləyirdilər.
Qeyd edək ki, ABŞ-da neft ehtiyatlarının artması dünya neft bazarı üçün mənfi siqnal hesab olunur və qiymətlərin enişinə səbəb olur. Lakin Yaxın Şərqdə baş verən proseslər fonunda bu amilin bazara real təsirinin olacağı az ehtimal edilir.
AzVision.az
Teqlər: