Əlcəzair Avropanın qaz təminatında Rusiyadan önə keçdi

Əlcəzair Avropanın qaz təminatında Rusiyadan önə keçdi
  31 Yanvar 2024    Oxunub:810
2023-cü ilin sonunda Əlcəzair Avropa İttifaqına boru kəmərləri ilə təbii qaz ixrac edən ölkələr arasında ikinci yeri tutub.
Bu barədə Əlcəzair Radiosu məlumat yayıb. Əlcəzairin Avropa İttifaqı ölkələrinə boru kəmərləri vasitəsilə qaz tədarükçüləri arasında payı 19 faiz təşkil edib. Lider Norveç olub – 54 faiz, Rusiya isə üçüncü yerdədir -17 faiz.

2023-cü ildə Əlcəzair qazının Aİ-yə ixracının orta aylıq həcmi 2,41 milyard kubmetrə çatıb. Norveç üçün bu rəqəm 7 milyard kubmetr, Rusiya üçün isə 2,3 milyard kubmetrdir.

Əlcəzairdən təbii qazı Avropaya iki boru kəməri çatdırır: biri İtaliyaya, digəri isə İspaniyaya.

AzVision.az



Teqlər:





Xəbər lenti