Avropa Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək

 Avropa Rusiyaya qarşı yeni sanksiyaları müzakirə edəcək
  01 Fevral 2024    Oxunub:813
Avropa Komissiyası Rusiyaya qarşı yeni sanksiyaları müzakirə etmək üçün fevralın 3-də toplanacaq.
Bu barədə məlumatlı mənbəyə istinadən Reuters xəbər yayıb. “Avropa Komissiyası Rusiyaya qarşı təklif olunan yeni sanksiyalar paketinin təfərrüatlarını müzakirə etmək üçün şənbə günü Aİ-yə üzv dövlətlərlə yüksək səviyyəli qeyri-rəsmi görüşlərə başlayacaq”, - deyə məlumatda bildirilib.

Güman edilir ki, yeni sanksiyalar paketi sanksiyalardan yayınma imkanlarının qarşısını almağa yönələcək. İlk növbədə, bu, silah və hərbi texnika istehsalı üçün istifadə edilə bilən ikili təyinatlı mallara aid olacaq. Bundan əlavə, Avropa Komissiyası sanksiyaların tətbiq edilməsi planlaşdırılan fiziki və hüquqi şəxslərin siyahılarının genişləndirilməsini təklif edib.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti