İsrailin İsveçdəki səfirliyinin önündə partlayıcı qurğu tapıldı

   İsrailin İsveçdəki səfirliyinin önündə partlayıcı qurğu tapıldı
  31 Yanvar 2024    Oxunub:1013
İsrailin Stokholmdakı səfirliyinin qarşısında partlayıcı qurğu aşkarlanıb və zərərsizləşdirilib.
AzVision.az xəbər verir ki, bununla bağlı İsrailin İsveçdəki səfiri Ziv Nevo Kulman “X” hesabında paylaşım edib.

Diplomat baş verənləri terror cəhdi kimi qiymətləndirib.

O həmçinin hadisəyə tez reaksiya verdiyi üçün İsveç hökumətinə təşəkkür edib və əlavə edib ki, onları terror qorxutmur.

AzVision.az



Teqlər:





Xəbər lenti