Avropa İttifaqı sursat istehsalını rekorda çatdıracaq

Avropa İttifaqı sursat istehsalını rekorda çatdıracaq
  31 Yanvar 2024    Oxunub:769
Avropa İttifaqı 2024-cü ildə sursat istehsalını 1,4 milyon ədədə çatdıra biləcək.
AzVision.az xəbər verir ki, bu barədə Estoniyanın müdafiə naziri Hanno Pevkur icma ölkələrinin müdafiə idarələri rəhbərlərinin Brüsseldə keçirilən qeyri-rəsmi görüşündə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, bu, müdafiə ictimaiyyətinin “üç əsas məqsədindən birinə” çevrilib. Digər ikisinə isə nazirin izahatına əsasən Ukraynaya silah göndərilməsi və hərbi büdcələrin artırılması daxildir.

Keçən ilin noyabrında Avropa Komissiyasının nümayəndəsi bildirmişdi ki, Aİ 2023-cü ildə sursat istehsalını 30 faiz artırıb və ildə 1 milyon mərmi istehsalına yaxınlaşır. Lakin bu, Ukraynaya belə həcmdə tədarükün təmin edilməsinə zəmanət vermir. Avropanın daxili bazar üzrə komissarı Thierry Breton yanvarın 26-da bildirib ki, Aİ ölkələri 2024-cü ilin sonuna qədər 155 mm-lik artilleriya sursatlarının istehsalını ən azı 1,3 milyon ədədə çatdırmaq niyyətindədir.

AzVision.az



Teqlər:





Xəbər lenti