Putin vurulan təyyarənin ekspertiza nəticələrini açıqladı
Rusiya Prezident qeyd edib ki, “Patriot” raketi Ukraynanın nəzarətində olan ərazidən buraxılıb. Onun fikrincə, Kiyev təsadüfən əsir götürdüyü ukraynalılarla İl-76-nı vursa belə, bu, yenə də ağır cinayətdir.
“Niyə bunu etdilər? Mən bilmirəm, başa düşmürəm”, - Putin bildirib.
Qeyd edək ki, İl-76 yanvarın 24-də Belqorod yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində altı ekipaj üzvü, Ukrayna Silahlı Qüvvələrinin mübadilə üçün göndərilən 65 əsgəri və üç müşayiətçi olub. Onların hamısı hadisə nəticəsində ölüb.
AzVision.az
Teqlər: