"Maddi cəhətdən əvvəlkindən də pis yaşayıram"- Erməni nazir

   "Maddi cəhətdən əvvəlkindən də pis yaşayıram"-    Erməni nazir
  31 Yanvar 2024    Oxunub:804
Ermənistanın iqtisadiyyat naziri Vahan Kerobyan maddi cəhətdən əvvəlkindən də pis yaşadığını deyib.
AzVision.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, o bunu parlamentdə ÜDM-lə jurnalistlərin suallarını cavablandırarkən deyib. O qeyd edib ki, son üç ildə ölkədə ÜDM dollar ifadəsində iki dəfə artıb.

"Ermənistanda üç il ərzində hamı daha yaxşı yaşamağa başladığına inanırmı?" sualına nazir belə cavab verib: " "Əlbəttə, çoxları, amma hamısı deyil. Məsələn, mən maddi cəhətdən əvvəlkindən də pis yaşayıram".

Nazir maaşından başqa başqa gəlirinin olmadığını da açıqlayıb.

Aytən Zəhra
AzVision.az


Teqlər:





Xəbər lenti