III ixtisas qrupu üzrə imtahanın nəticələri 2 həftə ərzində elan olunacaq

III ixtisas qrupu üzrə imtahanın nəticələri 2 həftə ərzində elan olunacaq
  08 İyul 2023    Oxunub:1697
III ixtisas qrupu üzrə imtahanın nəticələri 2 həftə ərzində elan olunacaq.
Bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, imtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, iyulun 8-də DİM tərəfindən III ixtisas qrupu üzrə ali təhsil müəssisələrinə qəbul imtahanı keçirilib.

AzVision.az



Teqlər:





Xəbər lenti