“Microsoft” mobil super tətbiq hazırlayır

“Microsoft” mobil super tətbiq hazırlayır
  07 Dekabr 2022    Oxunub:835
ABŞ-nin IT korporasiyası “Microsoft” onlayn reklam bazarında “Google”un inhisarına son qoyacaq mobil super proqram yaratmağı düşünür.
Güman edilir ki, şirkətin yeni tətbiqi ödəniş xidməti, mesencer, axtarış sistemi, xəbər lenti, mobil oyunlar və s. funksiyaları birləşdirəcək.

Beləliklə, “Microsoft” öz məhsulları üçün (“Bing” axtarış xidməti və “Teams” mesencer) onlayn reklam bazarında “Google”un payını geri almaq istəyir. Bildirilir ki, “Microsoft” üçün ideya mənbəyi kimi “Yandex Go” və “WeChat” çıxış edib.

Şirkət proqramının hazırlanmasının hansı mərhələdə olduğu və onun nə vaxt buraxılacağı barədə məlumat vermir.

AzVision.az



Teqlər:





Xəbər lenti