Rövşən Nəcəf sloveniyalı nazirlə görüşüb - FOTO

Rövşən Nəcəf sloveniyalı nazirlə görüşüb -    FOTO
  17 İyul 2024    Oxunub:997
17 iyul 2024-cü il tarixində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Sloveniya Respublikasının ətraf mühit, iqlim və energetika naziri Bojan Kumer ilə görüşüb
AzVision.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Sloveniya arasında enerji sektorunda əlaqələrin uğurla inkişaf etdiyi məmnunluqla qeyd olunub, təbii qaz təchizatı sahəsində əməkdaşlıq üçün geniş potensialın olduğu vurğulanıb.

Görüş çərçivəsində SOCAR ilə Sloveniyanın ən böyük təbii qaz təchizatı şirkəti “Geoplin” arasında qaz təchizatı sahəsində əməkdaşlığın genişləndirilməsinə dair Anlaşma Memorandumu imzalanıb.

AzVision.az


Teqlər: SOCAR  





Xəbər lenti