Tacikistanda qadınlar da dalğıc və traktor sürücüsü işləyəcək

 Tacikistanda qadınlar da dalğıc və traktor sürücüsü işləyəcək
  02 Fevral 2024    Oxunub:1727
Tacikistan hökuməti dalğıc və traktorçuluq peşələrində qadınların işləməsini qadağan edən qanunu ləğv edib. Həmçinin qadınların avtobus və yük maşını sürücüsü işləməsinə qoyulan məhdudiyyətlər də aradan qaldırılıb.
Qeyd olunur ki, müvafiq idarələrə qadınların müvafiq peşələrə geniş çıxışı və gəlirliliyinin artırılması məqsədi ilə istehsal proseslərinin avtomatlaşdırılması və əmək şəraitinin yaxşılaşdırılması nəzərə alınmaqla qadınlara qadağan olunmuş peşələrin sayının azaldılmasını davam etdirmək tapşırılıb.

Qadınlar üçün qadağan edilən peşələrin əvvəlki siyahısı Tacikistanda 2017-ci ildə təsdiq edilib. Orada bildirilirdi ki, qadınlar, məsələn, kənd təsərrüfatı istehsalında traktor və ya yük maşını sürücüsü, dalğıc və ya hava limanlarında yanacaqdoldurma məntəqələrinin operatoru kimi işləyə bilməzlər.

Yeni siyahıda qadınların rabitə və qüllələrə texniki qulluq, musiqi alətlərinin istehsalı sahəsində işinə heç bir məhdudiyyət daxil edilməyib.

Eyni zamanda, təhlükəli və çətin işlərlə əlaqəli sənayelərdə məhdudiyyətlər qalır. Məsələn, qadınlara hələ də yanğınları birbaşa söndürmək və zəhərli kimyəvi maddələri boşaltmaq qadağandır, onları teplovoz maşinisti və ya onun köməkçisi, əritməçi və ya metal tökən kimi işə götürə bilməzlər. Qadınların istənilən növ mədən işlərinə və yeraltı tikililərin tikintisinə cəlb edilməsi qadağası qalır.

Şahanə Rəhimli
AzVision.az


Teqlər:





Xəbər lenti