Dünyanın ən böyük diaspora malik ölkələri

   Dünyanın ən böyük diaspora malik ölkələri
  18 Noyabr 2022    Oxunub:1191
Bosniya və Herseqovina ən böyük diaspora malik ölkələr siyahısında ikinci yerdə qərarlaşıb.
“Forbes” jurnalı əhalisinin sayına görə ən böyük diaspora malik ölkələrin siyahısını dərc edib. Siyahıda ilk sırada Qayana qərarlaşıb. Əhalisinin 34 faizi digər ölkələrdə yaşayan Bosniya və Herseqovina ikinci, əhalisinin 30 faizi mühacirətdə olan Albaniya isə üçüncü sırada yer alıb.

Bildirilir ki, Bosniya və Herseqovinanın böyük diaspora malik olmasının səbəbi 1992-95-ci illərdə baş verən müharibə, Albaniyanın isə 40 il müddətində kommunizm və beynəlxalq təcrid dövrü keçirməsidir. Siyahıda dördüncü sırada isə 8 milyon vətəndaşı başqa ölkələrdə yaşayan Suriya yer alıb.

Qeyd edək ki, 151 ölkənin yer aldığı siyahıda sonuncu pillədə əhalisinin cəmi 1 faizi başqa ölkələrdə yaşayan ABŞ qərarlaşıb.

AzVision.az



Teqlər:





Xəbər lenti