Beyin üçün ən faydalı ərzaqlar

Beyin üçün ən faydalı ərzaqlar
  11 Fevral 2014    Oxunub:1396
Amerikalı araşdırmaçı-alimlər yaxınlarda beyinin tam şəkildə fəaliyyət göstərməsi üçün faydalı olan və hər brinidə flavonid adlı maddənin yer aldığı konkret faydalı məhsullar olduğunu müəyyən ediblər.
Elm sübut edib ki, flavonidlər yaddaşın zəifləməsini təngidən və Altsheymer xəstəliyinin formalaşmasını mane olan bir maddədir. Araşdırmaçı alimlərin fikrincə, faiz nisbəti ilə bu faydalı element çiyələk və xiyarda çoxdur.

Ekspertlər həmçinin bildiriblər ki, meyvə-tərəvəzin tərkibindəki flavonidlər öz sağlamlığna həssas yanaşan və məsuliyyətlə yanaşan insanlar tərəfindən tez-tez qida rasionlarına daxil edilməlidir.

Bu sahədə bir neçə yoxlama aparan araşdırmaçıların fikrinə görə, flanovol və fitezin maddələri insandakı genetik problemlərin inkişafını dayandıra bilər. Genetik problemlər isə öz növbəsində beyin hüceyrələrini dağıdaraq insanı təhlükəli və ağır vəziyyətə çatıdırır.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti