Gələn həftə “qısa siyahı” elan olunacaq

Gələn həftə “qısa siyahı” elan olunacaq
  18 Mart 2013    Oxunub:1629
Ekspertlər tədbirin vaxtını dəqiqləşdirə bilməyib
Xəbər verdiyimiz kimi, bu gün Milli Kitab Mükafatının (MKM) “qısa siyahı”sının (short list) nə vaxt açıqlanması ilə bağlı Ekspertlər Şurası toplandı.
AzVision.az-a MKM-ın təsisçisi Nigar Köçərlinin verdiyi məlumata görə, ekspertlər mətbuat konfransının vaxtını dəqiqləşdirə bilməyib.

“Bu gün ekspertlər bir araya gəldi. Qərara aldıq ki, gələn həftənin ortası mətbuat konfansı keçirək. Amma dəqiq ayın neçəsində olmasını müəyyənləşdirə bilmədik”-deyə N.Köçərli əlavə edib.

Qeyd edək ki, “qısa siyahı”ya düşə biləcək əsərlər bunlardır:

1. Aliq Məmmədov. "Hekayələr"
2. Aqşin Cəfərov. "Cızma-ağ"
3. Aslan Quliyev. "Köpək balıqları"
4. Azad Qaradərəli. "Kuma-Manıç çökəkliyi"
5. Əlabbas Bağırov. "İkinci oğul"
6. Əziz Rzazadə. "Şəbəkə"
7. Eyvaz Zeynalov. "Qisas"
8. Qan Turalı. "Mustafa"
9. Pərvin Nurəliyeva. "Balerina"
10. Sahilə İbrahimova. "Yuxarı və aşağı ətraflar"
11. Sayman Aruz. "Yüz il inqilab"
12. Şəhriyar del Gerani. "İntihar hörüyü"
13. Vahid Qazi. "Çamayra. Kuba dəftəri"
14. Zakir Sadatlı. "Əfqanıstan uçurumu"
15. Zahid Sarıtorpaq. "Əlifba bayramında qətl"

(rusca)
16. Gülnar Qarayeva. "Dve jizni"
17. Malik Dursunov. "Kara dayı"
18. Natella Osmanlı. "Fudziyama s klyushkami"
19.. Rauf Canıbəyov. "Tantsı vo sne"
20. Famil Məmmədov. "Familnaya tragediya"

Bu əsərlər arasından 10 əsər “qısa siyahı”ya düşə biləcək və qiymətləndirilmə üçün Münsiflər Heyətinə təqdim olunacaq.

İyunun 4-də keçiriləcək mükafatlandırma mərasimində qaliblər müəyyən olunacaq.

Sevinc İltifatqızı



Teqlər:  





Xəbər lenti