Sabahın havası
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, mülayim cənub küləyi axşam şimal küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 5-10, gündüz 13-18, bəzi yerlərdə 22 dərəcəyədək isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 17-də hava şəraitinin əsasən yağmursuz olacağı, gecə və səhər ayrı-ayrı yerlərdə dumanlı, lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Mülayim qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 5-10, gündüz 15-20, bəzi yerlərdə 25 dərəcəyədək isti, dağlarda gecə 4-9, gündüz 10-15, bəzi yerlərdə 18 dərəcəyədək isti olacağı gözlənilir.
Teqlər: