Satış yarmarkaları fəaliyyətə başladı - ÜNVAN

Satış yarmarkaları fəaliyyətə başladı - ÜNVAN
  16 Mart 2013    Oxunub:1415
Kənd təsərrüfatı mallarının satışı yarmarkaları bugündən fəaliyyətə başlayacaq
Bugündən etibarən Novruz bayramı ilə əlaqədar təşkil olunan ərzaq və kənd təsərrüfatı mallarının satışı yarmarkaları fəaliyyətə başlayacaq. AzVision.az xəbər verir ki, İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sahibkarlarla birgə təşkil olunan yarmarkaların keçirilməsində məqsəd əhalinin ərzaq və kənd təsərrüfatı mallarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, eləcə də süni qiymət artımının qarşısının alınmasıdır.

Yarmarkalar 16-19 mart 2013-cü il tarixlərində bu ünvanlarda keçiriləcək:

Binəqədi rayonu
- Dərnəgül yaşayış sahəsi, 6 saylı peşə Litseyinin həyəti;

Xətai rayonu
- Bakı kinoteatrının yanı;

Nərimanov rayonu
- Əliyar Əliyev küçəsi 26, "Bakı Taxıl" ASC-nin ərazisi;

Nəsimi rayonu
- "Təzə bazar"ın ərazisi;

Səbail rayonu
- Badamdar qəsəbəsi, 239 nömrəli məktəbin yanı;

Suraxanı rayonu
- Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi 2;
- Yeni Günəşli qəsəbəsi, "Günəş" ticarət mərkəzinin yanı;

Yasamal rayonu
- Şərifzadə küçəsi 131, Bakı Dövlət Rabitə və Nəqliyyat kollecinin yanı.



Teqlər:  





Xəbər lenti