Qazaxıstan prezidenti gizlicə İsrailə qaçdı

Qazaxıstan prezidenti gizlicə İsrailə qaçdı
  15 Mart 2013    Oxunub:1362
Qazaxıstan prezidenti Nursultan Nazarbayev gizli şəkildə İsrailə səfər edib.
Bu haqda məlumatı İsrail qəzetlərindən biri yayıb. Xəbərdə qeyd olunur ki, Nazarbayevin səfəri tam məxfi saxlanılır. İddialara görə, onun İsrailə gəlməsinin başlıca səbəbi səhhətindəki problemlərdir.

Qəzetin yazdıqlarına inansaq, Nazarbayev xərçəng xəstəliyindən əziyyət çəkir. İsrailə gəlişinin səbəbi də müalicə almaqdır. Lakin Qazaxıstan rəsmiləri hələki yayılan xəbərlərlə bağlı açıqlama verməyib.


Teqlər:  





Xəbər lenti