Əhalinin gəlirləri artıb

Əhalinin gəlirləri artıb
  15 Mart 2013    Oxunub:1446
“Ölkə əhalisinin hər bir nəfərinin gəlirləri 517,6 manatdır”
AzVision.az-a bu barədə Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən məlumat veriblər.

Məlumata görə, 2013-cü ilin ilk iki ayı ərzində ölkə əhalisinin hər bir nəfərinin gəlirləri orta hesabla 4.4 faiz artaraq 517.6 manata çatıb. “Gəlirlərin 72.2 faizi son istehlaka, 10.0 faizi vergilər, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 15.8 faizi isə əmanətlərin və kapitalın artırılmasına sərf edilib. Gəlirlərin artmasında məşğul əhalinin əmək haqqının artması mühüm əhəmiyyət kəsb edir. Yanvar ayı ərzində muzdla işləyənlərin orta aylıq əmək haqqı 2012-ci ilin müvafiq dövründə olduğu ilə müqayisədə 8.1 faiz artaraq 398.1 manat təşkil edib”.



Teqlər:  





Xəbər lenti