Davudoğlu özündən çıxdı

Davudoğlu özündən çıxdı
  15 Mart 2013    Oxunub:1366
ABŞ Senatının tələbi Əhməd Davudoğlunu özündən çıxarıb
Amerika Birləşmiş Ştatları Senatının Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğana İsrail və soinizmlə bağlı işlətdiyi sözlərə görə üzrxahlıq tələb etməsi və hətta bununla bağlı Ankaraya məktub ünvanlaması Xarici işlər naziri Əhməd Davudoğlunu özündən çıxarıb.

Rumıniyalı həmkarı Titus Korlateanla birgə keçirdiyi mətbuat konfransında o, bildirib ki, Türkiyə rəsmiləri heç bir çıxışına görə hansısa dövlətə izahat vermək məcburiyyətində deyil.

Türkiyənın dövlətçilik ənənələrindən danışan Davudoğlu bəyan edib ki, ölkəsi İsrailin regionda həyata keçirdiyi işğalçılıq siyasətinə qarşı çıxıb və bundan sonra da belə olacaq. Buna görə də, Ərdoğanın İsraillə bağlı dediyi sözlərə görə üzr istəmək fikri yoxdur.


Teqlər:  





Xəbər lenti