İran prezidentliyinə 6 namizəd

İran prezidentliyinə 6 namizəd
  15 Mart 2013    Oxunub:1479
Mahmud Əhmədinecat prezident ola bilməyəcək.
Artıq 6 nəfər İran İslam Respublikasının prezidentliyinə namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə İranın “Press-TV” telekanalı məlumat verib.

Namizədlər sırasında parlament sədrinin müavini Reza Baxonar, eləcə də Ali Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Həsən Ruhani də var. O, cəmiyyətin həyatında önəmli rol oynaya bilmələri üçün ölkədə siyasi partiyaların gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

İranın keçmiş xarici işlər naziri Mənuçöhr Möttəki, keçmiş kəşfiyyat naziri Əli Fələhian, Tehranın keçmiş meri və milli polisin keçmiş rəhbəri Məhəmməd Kalibaf da prezidentliyə namizədliyini irəli sürüb.

İranın Daxili İşlər Nazirliyindən bildirilib ki, namizədlərin qeydiyyata alınması prosesi mayın 6-da başlayacaq.

İranda prezident seçkiləri cari ilin iyunun 14-də keçiriləcək.

Hazırki prezident Mahmud Əhmədinecat artıq iki dəfə prezident seçilib və konstitusiyaya əsasən 3-cü dəfə namizədliyini irəli sürə bilməz.

AzVision.az


Teqlər:  





Xəbər lenti