“Sahibkarlar haqqında qanun qəbul olunsun, amma...”
Yeni qanun layihəsi ilə bağlı iqtisadçı-professor Zahid Məmmədov AzVision.az-a danışıb. O, bildirib ki, bu qanunun qəbul edilməsi lazımdır. Lakin, sahibkar da öz məsuliyyətini dərk etməlidir.
“Sahibkarları yoxlamaq dayandırılsa, bəs sahibkar saxta su buraxacaqsa necə olacaq? Dünyada sahibkarın ilk növdədə etikası, əxlaqı mövzusunda böyük məsuliyyət var. Zaman-zaman söhbətlər olur ki, sahibkarların fəaliyyətinə müdaxilə edirlər, bunu yol verilməsin. Gözəl. Amma bunun qarşısında sahibkarlar üzərlərinə düşən öhdəlikləri və məsuliyyətləri yerinə yetirə biləcəklərmi? Onlar özləri düşünməlidir ki, vətəndaşlara saf, təmiz, ekoloji cəhətdən sağlam məhsul istehsal olunmalıdır”.
Zahid Məmmədov qeyd edib ki, bu qanunun qəbulu ilə sahibkarların fəaliyyəti genişlənəcək və qanun qəbulu mütləqdir.
“Amma sahibkar üzərinə düşən vəzifəni necə yerinə yetirir? Sahibkar tender olduqda, keyfiyyətli asfalt döşüyür, marşruta keyfiyyətli marşrut buraxır, keyfiyyətli çörək istehsal edirmi? Bu əsasdır. Və sahibkarların etik davranış formaları, əxlaq kodeksi olmalıdır. Yəni onlar da öz fəaliyyətində düzəlişlər etməlidirlər. Artıq saxtakarlığa qarşı dövlət deyil, eyni zamanda sahibkarların özlərinin ictimai təşkilatları münasibət bildirməlidir”-deyə, iqtisadçı əlavə edib.
Sevinc İltifatqızı
Teqlər: