Yenə İngiltərə nəzarət edəcək

Yenə İngiltərə nəzarət edəcək
  12 Mart 2013    Oxunub:1614
Böyük Britaniya ilə Argentina arasında gərginliyə səbəb olan Folklend adaları, bundan sonra da İngiltərənin nəzarəti altında qalacaq.
Folklend adaları İngiltərənin nəzarəti altında qalacaq. Adaların siyasi statusunun müəyyənləşməsi üçün keçirilən referendumda seçicilərin 99.8 faizi Böyük Britaniyanın tərkibində qalmaq istədiklərini bildirib. Min 517 seçicinin iştirak etdiyi səsvermədə cəmi 3 nəfər Argentinanın tərəfini tutub.

Folklend adalarınının işğal olunduğunu deyən Argentina hökuməti, Malvinas adlandırdıqları bu torpaqlarda referendumun keçirilməsinə nail olmuşdu.

Qeyd edək ki, Böyük Britaniya ilə Argentina arasında Folklend adaları uğrunda 1982-ci ildə müharibə baş verib. Əldə olunan atəşkəsdən bu yana sözügedən adalar İngiltərənin nəzarətindədir.


Teqlər:





Xəbər lenti