Havamız xoş olacaq

Havamız xoş olacaq
  10 Mart 2013    Oxunub:1250
Yaz havası həftənin ilk günüdə davam edəcək
Martın 11-də Azərbaycan ərazisində günəşli isti hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 11-də hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman olacağı proqnozlaşdırılır. Bakıda gecə 3-5° isti, gündüz 13-15° isti olacaq. Nisbi rütubət gecə 75-80 faiz, gündüz 60-65 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarıda da martın 11-də hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6°, gündüz 11-16° isti olacağı proqnozlaşdırılır. Bəzi yerlərdə temperatur 18-20 dərəcəyə çatacaq.


Teqlər:





Xəbər lenti