Qızıl alan yoxdur, amma qiymətlər `əl yandırır` - FOTOLAR

Qızıl alan yoxdur, amma qiymətlər `əl yandırır` - FOTOLAR
  15 Sentyabr 2016    Oxunub:25994
Son günlər Azərbaycanda qızılın qiymətində ciddi bahalaşma müşahidə olunur. Qızılın bahalaşması neft və dolların qiymətinin dəyişməsi ilə əlaqələndirilir.

Qiymət artımı yeni ailə qurmaq istəyən cütlüklərin işini çətinə salıb. Bu da öz növbəsində yerli bazarda müştəri qıtlığına gətirib çıxarır.

Mərkəzi Univermaqda (MUM) qızıl satışı ilə məşğul olan Aynurə Osmanova qiymət artımından sonra alverin aşağı düşdüyünü deyib.

Onun sözlərinə görə, Bakının ən böyük qızıl alqı-satqı mərkəzi olan Mərkəzi Univermaq alıcı qıtlığından əziyyət çəkir.



“Elə bilirsiniz qızılın, brilliantın qiymətinin qalxmasından tək alıcılar əziyyt çəkir? Xeyr, belə deyil, biz özümüz də qiymətin yüksəlməsi ilə alıcı itriririk, mallarımız əlimizdə qalır. Nə onların, nə də ki bizim vəziyyətimiz ürəkaçan deyil. Qızılın qiyməti nə az, nə çox iki dəfə artıb. Ucuzlaşacağı gözlənilmir. Biz gömrükdən aldığımız mallara görə 36 faiz rüsum ödəyirik. İndi alver yoxdur, gətirdiyimiz mallara yaxın duran olmur. Gözümüzü toylara dikmişdik, bahalaşmadan sonra toy edən də yoxdur. Elə olur ki, aylarla siftə eləmirik. Kim gündə gəlib qızıl alır ki? Ancaq varlı insanlar nadir hallarda hədiyyə üçün üzük, qolbağ alırlar”.



Satıcı hesab edir ki, bu gedişlə mağazaların çoxu müflis olacaq: “Hazırda vəziyyət elədir ki, biz qazanc haqda düşünmürük. Çalışırıq aldığımız malları öz qiymətinə də olsa sataq, əlimizdə qalmasın.

Nümunə üçün deyim ki, bazarda brilliant üzüyü 700-800 manatdan aşağı ala bilmərsiniz. Üzüklərin qiymətləri 1500 manatdan başlayır, 3000-4000 manata kimi.

Brilliant daşlardan ibarət komplekt dəstlərini 5000 manatdan ucuz tapmaq mümkün deyil. Hamının imkanı yoxdur ki, bu qiymətə nəsə alsın. Bir vaxtlar 400-500 manata satılan üzüklər indi 700-800 manatadır. Kasıb insanları bunu necə alsınlar?”.



Univermaqda demək olar ki, bütün piştaxtalarda qiymətlər eynidir. Satıcılar qiymətlərin ucuzlaşacağına ümit etmirlər. Hətta onlar qızılın yenidən bahalaşacağını proqnozlaşdırırlar.

Şahanə Rəhimli
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti