Sərin havalar davam edəcək

Sərin havalar davam edəcək
  08 Avqust 2013    Oxunub:1008
Sabah ölkə ərazisində sərin və yağışlı hava şəraiti davam edəcək.
Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında avqustun 9-da havanın dəyişkən buludlu keçəcəyi, arabir tutulacağı gözlənilir. Gün ərzində qısamüddətli yağış yağacaq. Mülayim şimal-qərb küləyi əsəcək.

Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 18-23, gündüz 25-30 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında avqustun 9-da şimşək çaxacaq, arabir yağış yağacaq. Bəzi ərazilərdə leysan xarakterli yağış yağacaq.

Aran rayonlarında havanın temperaturu gecə 18-23, gündüz 27-32 dərəcə, dağlıq ərazilərdə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.

Qeyri-sabit hava şəraiti avqustun 11-nə kimi davam edəcək.

Xatırladaq ki, bu gündən başlayaraq Azərbaycanda havanın temperaturu yenidən düşüb, bəzi rayonlarda intensiv yağış yağır.


Teqlər:





Xəbər lenti