Mühacir biznesi, yoxsa mitinq?

Mühacir biznesi, yoxsa mitinq?
  12 Sentyabr 2016    Oxunub:5143
Mehman Muradlı

Milli Şura aylardır hazırlaşdığı mitinqi 11 sentyabrda keçirdi. Niyə məhz 11 sentyabrda, bu, başqa bir söhbətin mövzusudu. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm ki, 2003-cü ilin oktyabr iğtişaşları vaxtı Əli Kərimlinin əsas ruporu olan “Azadlıq” qəzetinin baş yazısı “Yaşasın bin Laden” idi. Həmin bin Laden ki, 11 sentyabr 2001-ci ildə Nyu-Yorkda əkiz qüllələrin partladılmasının təşkilatçısı olmuşdu, şiələri “kafir” adlandırıb, qanlarını halal saymışdı.


Mitinq gününə kimi elə bilirdim bu, referendum əleyhinə təşkil edilən mitinq olacaq. Referenduma çıxarılan konstitusiya dəyişikliyi barədə nəsə bir ağıllı söz deyəcəklər, öz təklifləri olacaq. Axı Milli Şuranın faktiki müdiri Əli Kərimli guya hüquqşunasdır. Fikirləşdim, bəlkə cibində gəzdirdiyi diplomu nəyəsə yaraya. Yanılıbmışam.

Əli Kərimlinin nəzarətində olan informasiya resursları çıxışlardan çox, hər pozada, hər rakusrdan şəkil paylaşdılar. Bu, bir reklam idi. Ona görə ki, burada siyasi piar deyil, biznes marağı var. Bir mitinqlə ikitərəfli pul qazanmaq niyyəti var. Bir tərəfdən pul verib mitinq təşkil edənlərə “verdiyiniz pulun müqabilində mitinq keçirdik” deyir, digər tərəfdən mühacirətə getmək istəyənlərin şəklini çəkib, öz informasiya resuslarında paylaşmaqla onlardan pul alıb, AXCP-nin “spravka” və vəsiqələrini satırlar.

İllərdir dolların kursuna və devalvasiyaya uyğun olaraq qiyməti dəyişməklə, Əli Kərimli mühacir biznesilə məşğul olur.

Bu yerdə yadıma bir lətifə düşdü. Deməli, ucqar dağ kəndlərinin birində yaşayan ata-bala rayon mərkəzinə hamama gedirlər. Çimib çıxandan sonra oğul atasına deyir ki, dədə, hamam nə yaxşı şeydi, gələn il bir də gələrik.

İndi Əli Kərimli 26 sentyabrda keçiriləcək referenduma kimi hər həftə mitinq təşkil edəcək. Yenə də deyirəm, əsas məqsəd referenduma çıxarılacaq konstitusiya dəyişikliyinin müddəaları deyil, asan pul qazanmaqdır.

P.S. Həmişə təmizlikdə və yaxud allah bazar versin



Teqlər:  





Xəbər lenti