`Heç vaxt təslim olmayacağıq` - Obama

`Heç vaxt təslim olmayacağıq` - Obama
  11 Sentyabr 2016    Oxunub:1413
ABŞ Prezidenti Barak Obama 11 sentyabr hadisələrinin 15-ci ildönümü ilə bağlı açıqlama verib.
Ağ evin yaydığı yazılı açıqlamada birlik və həmrəyliyin önəmini vurğulayan B.Obama ölkəsinin təhlükəsizliyi üçün Əl Kaidə və İŞİD terror təşkilatlarına qarşı davamlı mübarizə aparıldığını və bu qruplaşmaların məhv ediləcəyini bildirib. Terroristlərdən qorxmadıqlarını qeyd edən ABŞ Prezidenti deyib: “Ölkəmizi bölməyə çalışanlara heç vaxt təslim olmayacağıq”.

Açıqlamada Prezident B.Obama 11 sentyabr hadisələrinin qurbanlarını hörmətlə andıqlarını ifadə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti