Nazirlikdən Sarısu haqda açıqlama

Nazirlikdən Sarısu haqda açıqlama
  10 Sentyabr 2016    Oxunub:1451
İmişli və Sabirabad rayonları ərazisində yerləşən Sarısu gölünün suyunun zəhərlənməsi və balıqların kütləvi məhvi ilə əlaqədar sosial şəbəkədə yayılan xəbərlə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən operativ monitorinqlər keçirilib.
Nazirlikdən AzVision.az-a daxil olan xəbərdə bildirilir ki, monitorinq zamanı gölün parametrləri boyunca əraziyə vizual baxış keçirilib. Gölün müxtəlif nöqtələrindən və dərinliklərindən su nümunələri götürülərək analiz olunması üçün ETSN-nin mərkəzi laboratoriyasına təhvil verilib. Analizin nəticələrinə əsasən göl suyunun qənaətbəxş olması barədə rəy verilib.

Sarısu gölündə aparılan kompleks monitorinq zamanı kütləvi balıq ölümü faktı aşkarlanmayıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti