Abşeronda top mərmisi tapıldı

Abşeronda top mərmisi tapıldı
  08 Avqust 2013    Oxunub:925
Mərmi aidiyyəti üzrə təhvil verilib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlum verir ki, Abşeron rayonunda qazıntı işləri aparılarkən döyüş sursatı aşkarlanıb. Dərhal nazirliyin müvafiq qurumlarının mütəxəssisləri və xilasediciləri lazımi tədbirlərin görülməsi üçün hadisə yerinə cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb.

FHN-in mütəxəssisləri aşkarlanmış sursata baxış keçiriblər. Müəyyən olunub ki, bu, istifadəyə yararsız olan 1 ədəd kalibri 152 mm olan top mərmisidir. Mərmi aidiyyəti üzrə təhvil verilib.

Xilasedicilər hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə əraziyə əlavə baxış keçirib və şübhəli əşya aşkar etməyiblər.


Teqlər:





Xəbər lenti