General Milli Şuraya xəbərdarlıq etdi
S. Bağırov onu da qeyd edib ki, mitinqin təşkilatçılarına vaxtın dəyişdirilməsi təklif olunacaq: "Onlar Bakı şəhər İcra Hakimiyyətinə ünvanladıqları müraciətdə mitinqin saat 17.00-dan 19.00-dək keçirilməsini istəyiblər. Hava tez qaraldığı üçün onlara təklif edəcəyik ki, mitinqin vaxtını bir-iki saat irəli çəksinlər".
Qeyd edək ki, Milli Şurası sentyabrın 11-də mitinq keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ünvanlayıb.
Mitinqin sentyabrın 11-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) keçirilməsinə razılıq verilib.
AzVision.az