Paytaxtın Nəsimi rayonunda ağır qəza

Paytaxtın Nəsimi rayonunda ağır qəza
  08 Avqust 2013    Oxunub:1020
Bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verub.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Nəsimi rayonunda "Honda" və "Mercedes-Benz" markalı iki minik avtomobili toqquşub. Dərhal FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, hər iki avtomobil deformasiyaya uğrayıb, "Mercedes-Benz" markalı avtomobilin sürücüsü xəsarət alıb və nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə sürücünü avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.


Teqlər:





Xəbər lenti