Onlayn ödəmə edərkən diqqətli olun! - Video

Onlayn ödəmə edərkən diqqətli olun! - Video
  07 Sentyabr 2016    Oxunub:3037
Bakı sakini Fərahim Qasımov aylıq kredit borcunu ödəmə terminalı vasitəsilə qaytarıb. Amma bir neçə gün sonra bankdan kreditin gecikdirilməsi ilə bağlı zəng gəlib.
Hadisə elektron xidmətlər vasitəsilə ödəmələrin həyata keçirilməsi prosedurunu aktuallaşdırır. Problemin yaşadığı şirkətin nümayəndəsi deyir ki, bank əməliyyatları zamanı istənilən məbləğ dərhal müştərinin hesabına yatırılır. Hansısa problem yarananda 24 saat ərzində öz həllini tapır.

Konkret bu müştərinin şikayətinə gəldikdə isə, şirkət nümayəndəsi bunun texniki problemlərdən qaynaqlandığını deyir.

Gecikdirməyə görə bankın sorğuya müsbət cavab verib-verməyəcəyi bilinmir. Onda sual yaranır ki, bank müsbət rəy bildirməsə müştəri ondan asılı olmayan səbəblərə görə əsas borcun üzərinə gələn faizləri ödəməlidirmi?

AzVision.az xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:




Teqlər:





Xəbər lenti