Ərdoğan və Obama Güləni müzakirə edib

Ərdoğan və Obama Güləni müzakirə edib
  04 Sentyabr 2016    Oxunub:2470
FETÖ terror təşkilatının lideri Fətullah Gülənlə bağlı sənədlər Türkiyədə baş verən qiyamdan əvvəl ABŞ-a təqdim edilib.
AzVision.az Anadolu agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra bildirib.

“Bu terrorçu ilə bağlı sənədlər çevriliş cəhdindən əvvəl ABŞ-a göndərilib. İyulun 15-də qiyamın yatarılmasından sonra hazırlanan sənədlər yenidən ABŞ-dan gələn nümayəndə heyətinə təqdim ediləcək. Hazırda onlar da bu məsələ üzərində işləyirlər. ABŞ-ın Ədliyyə Nazirliyinin nümayəndə heyəti Türkiyəyə səfərə gəlib. Biz də öz Ədliyyə Nazirliyimizin nümayəndələrini ABŞ-a göndərəcəyik. ABŞ-a, həmçinin ədliyyə və daxili işlər nazirləri də gedəcəklər və bu məsələ üzərində birgə işləyəcəklər”, – deyə Ərdoğan qeyd edib.

AzVision.az


Teqlər:





Xəbər lenti