Ərdoğan Obama ilə görüşdü - Qiyamdan sonra ilk dəfə

Ərdoğan Obama ilə görüşdü - Qiyamdan sonra ilk dəfə
  04 Sentyabr 2016    Oxunub:1790
Çində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla ABŞ lideri Barak Obama arasında görüş keçirilib.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüş “Böyük iyirmilik” (G-20) sammiti çərçivəsində baş tutub.

Liderlərin görüşü 45 dəqiqə davam edib. Görüş zamanı prezidentlər Suriya münaqişəsi daxil olmaqla, bir neçə mühüm məsələni müzakirə ediblər.

Qeyd edək ki, bu, Türkiyədə baş tutan 15 iyul hərbi çevrilişə cəhd hadisəsindən sonra Ərdoğanla Obama arasında keçirilən ilk görüşdür.

AzVision.az


Teqlər:  





Xəbər lenti