Ölkədəki iğtişaşlara kim maliyyə ayırıb?

Ölkədəki iğtişaşlara kim maliyyə ayırıb?
  31 Yanvar 2013    Oxunub:811
“İsmayıllı, Binə və 26 yanvarda Sahil bağında keçirilən qarışıqlıqlar da məhz E.Abdullayevin maliyyə dəstəyi və qızışdırıcılığı ilə həyata keçirilib”. AzVision.az bildirir ki, bu ittihamı vəkil Ramiz Zeynalov irəli sürüb.
O deyib ki, Elşad Abdullayev Azərbaycanda dövlət quruluşunu dəyişməyə səy göstərən bəzi qruplarla birlikdə fəaliyyət göstərir, bəyanatlar yayır, istefalar tələb edir. “Onların məqsədi Azərbaycanda siyasi itaətsizliyə nail olmaq, ixtişaşlar yaratmaq, hakimiyyəti təhdid etmək, xalqı hakimiyyətin əleyhinə qaldırmaqdır. Məndə məlumatlar var ki, İsmayıllı, Binə və 26 yanvarda Sahil bağında keçirilən qarışıqlıqlar da məhz E.Abdullayevin maliyyə dəstəyi və qızışdırıcılığı ilə həyata keçirilib. Məqsəd də aydındır ki, gələcəkdə həmin qruplar hakimiyyətə gəlsin, bununla da guya E.Abdullayevin arzu və istəkləri təmin edilsin”.


Teqlər:





Xəbər lenti