Beynəlxalq yarışlar `Azerspace-1`lə yayımlanacaq

Beynəlxalq yarışlar  `Azerspace-1`lə yayımlanacaq
  02 Sentyabr 2016    Oxunub:1493
Qırğızıstanda keçirilən beynəlxalq yarışlar “Azerspace-1” peyki vasitəsilə yayımlanacaq.
AzVision.az xəbər verir ki, 3-8 sentyabr 2016-cı il tarixində Qırğızıstanda keçiriləcək ikinci Dünya Köçəri Oyunları “Azerspace-1” peykinin resurslarından istifadə olunaraq canlı yayımlanacaq.

Belə ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərkosmos” ASC və Qırğızıstanın “Transfer LTD” arasında imzalanan müqaviləyə əsasən, 6 gün davam edəcək yarışların canlı görüntüsü dünyanın bir çox beynəlxalq yayım mərkəzinə “Azerspace-1” peyki vasitəsilə çatdırılacaq.

Nazirlikdən verilən məlumata görə, 2014-cü ildən etibarən keçirilən Dünya Köçəri Oyunlarına 20-dən çox yarış, o cümlədən at çapma, oxatma, ənənəvi intellektual oyunlar, milli ov növləri üzrə yarışlar daxil edilib. Bundan başqa, yarışlar zamanı köçəri mədəniyyəti nümayiş olunacaq. Bu ilki oyunlarında Azərbaycan, Argentina, Braziliya, Macarıstan, İsrail, İtaliya, Qazaxıstan, Çin, Latviya, Niderland, Pakistan, Rusiya Federasiyası, ABŞ və digər ölkələrdən komandaların iştirakı gözlənilir.

Qeyd edək ki, bu və digər idman yarışlarının eləcə də əhəmiyyətli tədbirlərin “Azerspace-1” peyki vasitəsilə yayımlanması Qırğızıstanla “Azərkosmos” arasında davam edən əməkdaşlığın növbəti uğurlu addımı hesab olunur. Qeyd edək ki, 2015-ci ildən etibarən Qırğızısatnın ictimai kanalı KTRK kanalı da “Azerspace-1” peykinin resurslarından istifadə etməkdədir.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti