38 cinayətkar saxlanıldı

38 cinayətkar saxlanıldı
  07 Avqust 2013    Oxunub:902
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 72 cinayət faktı qeydə alınıb.

AzVision.az Daxili İşlər Nazirliyin (DİN) saytına istinadən xəbər verir ki, onların da 33-ü “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 16 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 3 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 38 nəfər tutulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti