Toyda kütləvi dava: qonşular düşmən oldular (VİDEO)

Toyda kütləvi dava: qonşular düşmən oldular (VİDEO)
  31 Avqust 2016    Oxunub:5506
Toyda kütləvi davada bir nəfər yaralanıb.
Şəmkirin Keçili kəndində döyülmə hadisəsi baş verib.

AzVision.az Kəpəz TV-yə (Region TV) istinadən xəbər verir ki, kənd sakini, 57 yaşlı Əliqazax Süleymanov müxtəlif bədən xəsarətləri ilə Şəmkir Mərkəzi rayon xəstəxanasına aparılıb. Yaralıya dərhal yardım göstərildikdən sonra palataya yerləşdirilib. Həkimlər Əliqazax Süleymanovun vəziyyətinin orta-ağır olduğunu bildirir.

Anar Qasımov- həkim: “Şöbəmizə Süleymanov Əliqazax sol altıncı qabırğanın sınığı diaqnozu ilə müraciət edib. Xəstəyə yardım göstərilib, hazırda stasionar müalicədədir. Söyləməsinə görə, döyülərək xəsarət alıb”.

Şəmkir Rayon Polis Şöbəsindən verilən məlumata görə, Əliqazax Süleymanovu qonşuları Qabil Qasımov və oğlu Böyükkişi Qasımov döyüb. Belə ki, qonşular birlikdə toyda yeyib-içdikdən sonra evlərinin qarşısında zarafat ediblər. Bundan sonra isə qonşular arasında mübahisə yaranıb.

Faktla bağlı araşdırma aparılır.



AzVision.az


Teqlər:  





Xəbər lenti