Obama və Ərdoğan Çində görüşəcək

Obama və Ərdoğan Çində görüşəcək
  30 Avqust 2016    Oxunub:1672
ABŞ Prezidenti Barak Obama ilə Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan sentyabrın 4-də Çinin paytaxtı Pekində keçiriləcək "Böyük İyirmiliy"in (G20) sammiti çərçivəsində görüşəcəklər.
Anadolu Agentliyi xəbər verir ki, bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Ben Rods məlumat verib.

Tərəflər hərbi çevrilişə cəhddən sonra Türkiyədəki vəziyyəti, Suriya və İraqda İŞİD-lə mübarizəni, miqrant böhranını və digər məsələləri müzakirə edəcəklər.

AzVision.az


Teqlər:  





Xəbər lenti