Nazirlik: `13777 nəfər işlə təmin edilib`

Nazirlik: `13777 nəfər işlə təmin edilib`
  06 Avqust 2013    Oxunub:951
ƏƏSMN-də cari ilin birinci yarımilində görülən işlərin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş kollegiya iclası olub.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin nəticəsi olaraq, cari ilin 6 ayında 13 777 nəfər vətəndaş münasib işlə təmin edilib, peşə hazırlığı kurslarına 1 887 nəfər cəlb olunub.

Qurumun mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, iclasda bildirilib ki, 918 nəfər isə Əmək Birjaları tərəfindən müvəqqəti xarakterli işlərə göndərilib.

Qeyd olunan müddətdə 4 423 müəssisədə əmək qanunvericiliyinə əməl edilməsinə dövlət nəzarəti nəticəsində aşkar olunmuş 8 054 halda qanun pozuntusu ilə bağlı müvafiq tədbirlər həyata keçirilib.

355 421 manat gecikdirilmiş ödəmələrin, o cümlədən 324 732 manat gecikdirilmiş əmək haqqının işçilərə ödənilməsi, qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa olunması, 5 096 nəfər işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilib.

AzVision.az



Teqlər:





Xəbər lenti